IQNA

 ABŞ İran əleyhinə yeni sanksiyalar tətbiq edir

22:58 - November 04, 2019
Xəbər sayı: 3486085
Amerikanın Maliyyə Nazirliyi yeni sanksiyalara İran İslam Respublikasının 9 fiziki şəxsinin və bir qrumunn adını da daxil edib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Maliyyə Nazirliyi yeni sanksiyalara İran İslam Respublikasının 9 fiziki şəxsinin və bir qrumunn adını da daxil edib.  

Amerikanın Maliyyə Nazirliyi bu barədə bu gün (4 Noyabr 2019) bəyanat yayıb.

Bu gün (4 Noyabr 2019) İran xalqı İslam İnqilabın ilk günlərində Amerikanın Tehrandakı casusluq yuvasını dağıldıldığı günü qeyd edirdi. Ağ Ev isə məhz bu gün yeni sanksiyalar elan edərək İran xalqını sanksiyaları davam etdirəcəyi ilə təhdid etdi.

Qeyd edək ki, Amerika "birgə hərtərəfli fəaliyyət planı"ndan çıxaraq "İrana təzyiqlərin çoxaldılması siyasəti"ni davam etdirməyə başlayıb. ABŞ bu yöndə İranın mühüm şəxsiyyətləri və təşkilatlarının adlarını terror təşkilatları sırasına daxil edir, şirkət və şəxslərə qarşı sanksiyalara əl atır.    

https://iqna.ir/fa/news/3854820/

Teqlər: iqna ، abş ، sanksiya ، ağ ev ، iran
captcha